Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkilatçılığı ilə 28 oktyabr 2026-cı il tarixində “Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf” 12-ci AMFA Konfransı keçirilib.
FED.AZ xəbər verir ki, konfransda “Regional” Bank Olmayan Kredit Təşkilatı Gender Bərabərliyi Mükafat Proqramının qalibi seçilmiş və xüsusi təltifə layiq görülüb.
Təşkilatdan verilən məlumata görə “Regional” BOKT həm öz müştərilərinə, həm də əməkdaşlarına münasibətdə gender bərabərliyini əsas dəyərlərdən biri hesab edir. Xidmətlərdən istifadə edən hər bir müştəriyə cinsindən asılı olmayaraq bərabər, hörmətli və ayrı-seçkisiz yanaşmanın təmin edilməsi korporariv prioritet hədəflərdən biridir. Eyni zamanda işçi heyəti üçün bərabər əmək, inkişaf və karyera imkanlarının yaradılmasına xüsusi diqqət yetirilir. BOKT fərqlilikləri ayrı-seçkilik üçün deyil, daha güclü və sağlam iş mühiti yaratmaq üçün bir üstünlük sayır. Buna görə də qadın və kişilərin potensialından bərabər şəkildə yararlanaraq, hər kəsin özünü dəyərli və rahat hiss etdiyi inklüziv mühit formalaşdırmağa çalışır.
Bu mükafat yalnız görülən işlərin deyil, daha ədalətli və inklüziv cəmiyyət qurmaq istiqamətində səylərin qiymətləndirilməsini özündə əks etdirir.
“Regional” Bank Olmayan Kredit Təşkilatı 2014-cü ildə təsis edilmişdir və Azərbaycan Respublikası Mərkəzi Bankının lisenziyası əsasında fəaliyyət göstərir. Şirkət mikrokreditrlərin, istehlak və digər kreditlərin verilməsi, habelə “Bank Olmayan Kredit Təşkilatları haqqında” Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə qanunvericiliyə müvafiq qaydada məşğul olur.














