"Regional" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 4 min manat zərərlə başa vurub.
Eləcə də bax: “Azinvestkredit” BOKT ötən ili - Zərərlə Başa Vurub
FED.az BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 4,2 dəfə azdır.
Bu il yanvarın 1-nə "Regional"ın aktivləri 445 min manat olub ki, bu da illik müqayisədə 36,9% çoxdur. Bunun 153 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-nin kredit portfeli 14% kiçilib.
Hesabat dövründə "Regional"ın öhdəlikləri 6,5 dəfə azalaraq 14 min manata düşüb, balans kapitalı isə 84,2% artaraq 431 min manata, o cümlədən nizamnamə kapitalı 66,7% artaraq 500 min manata çatıb.
Xatırladaq ki, "Regional" 2014-cü ildə yaradılıb. (Report)