“Kredaqro” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 1,416 milyon manat xalis zərərlə başa vurub. Halbuki, BOKT 2019-cu ildən 6,646 milyon manat xalis mənfəətlə çıxmışdı.
Eləcə də bax: İlqar Əhmədzadənin BOKT-na 200 min manat - Kapital Yatırıldı
FED.az xəbər verir ki, bu il yanvarın 1-nə “Kredaqro”nun aktivləri 11,357 milyon manat olub ki, bu da illik müqayisədə 8,2% azdır. Bunun 6,143 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-nin kredit portfeli 8% kiçilib.
Hesabat dövründə “Kredaqro”nun öhdəlikləri 11,1% artaraq 5,29 milyon manata çatıb, balans kapitalı isə 20,4% azalaraq 6,066 milyon manata düşüb.
Xatırladaq ki, “Kredaqro” 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 452 min manatdır. BOKT-nin təsisçisi 100% ABŞ-ın “ACDI/VOCA” təşkilatıdır. (Report)