Azərbaycanda fəaliyyət göstərən 7 yaşlı bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını artırıb.
Eləcə də bax: "Regional" BOKT zərərini - 4 Dəfə Azaldıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Azmikroinvest” BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı 200 min manat, yaxud 13.33 faiz artırılmaqla 1 milyon 700 min manata çatdırılıb.
Sonuncu dəfə 2019-cu ilin aprelində BOKT-un nizamnamə kapitalı 36.4% artıraraq 1 milyon 100 min manatdan 1 milyon 500 min manata qaldırılmışdı.
“Azmikroinvest” BOKT MMC — 2014-cü ildə yaradılıb, səhmlərinin 100%-i İlqar Əhmədzadəyə məxsusdur. BOKT 2020-ci ili 152.6 min manat xalis mənfəətlə başa vurub.
Aktivləri 1 milyon 617 min manat olub ki, bu da illik müqayisədə 0.1% azdır. Bunun 1 milyon 480 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 15.8% böyüyüb.