Azərbaycanda daha bir BOKT vəsait cəlb etmək üçün istiqraz buraxmağa hazırlaşır.
Azərbaycanda ən çox böyüyən və kiçilən BOKTlar - SİYAHI - GÖSTƏRİCİLƏR
FED.az xəbər verir ki, 2020-ci ildə «Viza Kredit» bank olmayan kredit təşkilatı (BOKT) istiqraz buraxa bilər.
Eləcə də bax: Ötən il BOKTların verdiyi kreditin - 75%-İ 6 BOKTA MƏXSUS OLUB
BOKT-dan verilən məlumata görə, bu addım BOKT-un fəaliyyətini gücləndirmək üçün nəzərdə tutulur. Xatırladaq ki, 2018-ci ildə “Viza Kredit”in xalis zərəri 850 min manat olub. Bu göstərici 2017-ci illə müqayisədə 213,8 min manat və ya 33,4% çox idi. BOKT-dan dəqiq məbləği açıqlamasalar da 2019-cu ilin də zərərlə başa çatması məlumdur. Amma bu il BOKTun zərəri xeyli azalıb. Qurumdan bildiriblər ki, zərərin azalmasının səbəbi ölkə başçısının problemli kreditlərlə bağlı fərmanı olub. Belə ki, fərmandan sonra BOKT-a kompensasiyadan daxilolmalar olub.
Eləcə də bax:Azərbaycanda BOKT-ların – KREDİT PORTFELİ ÜZRƏ - RENKİNQİ – SİYAHI (2018)
“Viza Kredit”in 2020-ci il üçün əsas məqsədlərindən biri də yeni kredit məhsulları təqdim etmək və kredit portfelini böyütməkdir. Hazırda kredit vermək üçün vəsaitin cəlb edilməsi ilə bağlı aktiv danışıqlar aparılır. Kreditlərin restrukturizasiya sı və kompensasiyalar nəticəsində BOKT-da müəyyən qədər sərbəst vəsait formalaşıb. Mərkəzi bankdandan alınan həmin vəsait hesabına kredit veriləcək. Bundan başqa, kredit məqsədilə BOKT banklardan da vəsait cəlb edə bilər.
Daha bir BOKT-un vəziyyəti – MƏLUM OLDU – HESABAT