Ötən il Azərbaycanda 45 bank olmayan kredit təşkilatından (BOKT) 6-sı ayrı-ayrılıqda 10 milyon manatdan çox kredit verib.
FED.az xəbər verir ki, 2018-ci ildə ən çox kredit verən BOKTlar “Aqrarkredit”(94 mln 981min),”Parabokt”(58 mln 691 min),”Embafinans”(23 mln 434 min),”TBC kredit”(17 mln 087 min), “Finoko”(14 mln 026 min) və “Molbulak”(13 mln 269 min) manat olub.
Eləcə də bax:Azərbaycanda BOKT-ların – KREDİT PORTFELİ ÜZRƏ - RENKİNQİ – SİYAHI (2018)
Ümumilikdə 6 BOKT ötən il 221 mln 488 min manat kredit verib . Bu məbləğ 2018-ci ildə BOPKTlar tərəfindən verilən ümumi kreditin 75,44% təşkil edib.
Qeyd edək ki, ötən il 45 BOKTdan yalnız 38-i verdiyi kreditin məbləğini açıqlayıb. 2018-ci ildə ən az kredit Regional kredit verib 14,9 mln manat.