Azərbaycanın maliyyə təşkilatlarının müxtəlif göstəricilər üzrə renkinqlərinin dərc edilməsi layihəsi çərçivəsində FED.az ölkənin bank olmayan kredit təşkilatlarının - BOKT-ların kredit portfelinin həcmi üzrə renkinqi təqdim edir.
FED.az-ın məlumatına görə, 2018-ci ilin sonuna BOKT-lar arasında ən böyük kredit portfeli «Aqrarkredit» BOKT-a məxsusdur. Sonrakı yeri «Parabokt», «EmbaFinans», «TBC Kredit» və «Finoko» tutur. Ümumilikdə 6 BOKT-un kredit portfeli 10 milyon manatdan artıq, 23 BOKT-un kredit portfeli isə 1-8 milyon manat arasındadır.
Eləcə də bax:Azərbaycanda BOKT-ların – CƏMİ KAPİTALI ÜZRƏ - RENKİNQİ – SİYAHI (2018)
Fəaliyyətdə olan 45 BOKT arasında 8 təşkilatın kredit portfeli 1 milyon manatdan aşağıdır. Göstəricilərini açıqlayan BOKT-lar arasında ən aşağı göstərici «Regional» BOKT-dadır – 14,9 min manat.
3 BOKT 2019-cu ildən fəaliyyətə başladığına görə, gostəriciləri mövcud deyil. 5 BOKT – “Gold Finance”, “Union Kredit”, “City Finance”, “Ekofinance” və “FinTrend” isə 2018-ci il üzrə göstəricilərini gizlədir.