Azərbaycanın maliyyə təşkilatlarının müxtəlif göstəricilər üzrə renkinqlərinin dərc edilməsi layihəsi çərçivəsində FED.az ölkənin bank olmayan kredit təşkilatlarının - BOKT-ların cəmi kapitalının həcmi üzrə renkinqi təqdim edir.
Eləcə də bax:Yevlaxda inşa olunur, 2020-DƏ İSTİSMARA VERİLƏCƏK
FED.az-ın məlumatına görə, 3 BOKT-un nizamnamə kapitalı 10 milyan manatdan artıqdır. Ən böyük göstərici «Aqrarkredit» QSC-dadır – 24,1 milyon manat. 15 BOKT-un nizamnamə kapitalı 1-8 milyon manat arasındadır.
1 BOKT-un – «Viza Kredit»in cəmi kapitalı mənfiyə düşüb.
3 BOKT 2019-cu ildən fəaliyyətə başladığına görə, gostəriciləri mövcud deyil. 5 BOKT – “Gold Finance”, “Union Kredit”, “City Finance”, “Ekofinance” və “FinTrend” isə 2018-ci il üzrə göstəricilərini gizlədir.