Zəngilan rayonunun Alıbəyli kəndində 2568 sakin üçün 498 ədəd fərdi yaşayış evi və 144 mənzildən ibarət 2-3 mərtəbəli binanın layihələndirilməsi nəzərdə tutulub.
Prezident Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə - TANIŞ OLDU - FOTOLAR
FED.az xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl, Zəngilan rayonlarında prezidentin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Aqil Qurbanov jurnalistlərə açıqlamasında bildirib ki, birinci mərhələdə 772 sakin üçün 197 fərdi yaşayış evinin layihələndirilməsi və tikilməsi nəzərdə tutulub. Bundan əlavə, ərazidə İnzibati Bina, Klub-icma mərkəzi, Qonaq evi, İdman sağlamlıq mərkəzi, Çayxana, Ticarət obyekti, Ailə Sağlamlıq Mərkəzi, Mərasim Zalı, Bazar Kompleksi və digər qeyri-yaşayış obyektlərinin layihələndirilməsi planlaşdırılır. Alıbəyli kəndində əhali üçün tələbata uyğun 2 ədəd ümumilikdə 462 şagird yerlik, 1ci mərhələdə isə 143 şagird yerlik tam orta məktəblərin yerləşdirilməsi planlaşdırılır. Həmçinin 2 ədəd ümumilikdə 160 yerlik uşaq baxçası inşa olunacaq. 1-ci mərhələdə isə 50 yerlik uşaq bağçası inşa olunacaq. Əlavə olaraq kəndə yaşayacaq əhalinin resurslardan istifadəsini əlçatan etmək məqsədilə kənd ərazisində bir neçə mövqədə geniş istifadə olunan qeyri-yaşayış obyektləri inşa olunacaq.
Qeyd edək ki, Alıbəyli kəndinin mövcud məskunlaşma ərazisi 103.51 ha ərazini əhatə edir. Layihələndirilən ərazi sahəsi 170.31 ha, birinci mərhələ ərazisi isə 58.25 ha təşkil edir. (Apa)