Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.
Xocavəndin Quzeyxırman, Güneyxırman və Şuşanın Kiçik Qaladərəsi kəndlərinə növbəti - Köç karvanı yola salınıb
FED.az xəbər verir ki, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Badara, Xanyurdu, Xanabad, Ballıca, Təzəbinə kəndlərinə və Ağdərə rayonunun Kolatağ, Həsənriz, Aşağı Oratağ, Çapar kəndlərinə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 8 ailə 36 nəfər, Xocalı rayonunun Badara kəndinə 5 ailə 13 nəfər, Xanyurdu kəndinə 4 ailə 10 nəfər, Xanabad kəndinə 8 ailə 31 nəfər, Ballıca kəndinə 3 ailə 8 nəfər, Təzəbinə kəndinə 14 ailə 71 nəfər, Ağdərə rayonunun Kolatağ kəndinə 12 ailə 36 nəfər, Həsənriz kəndinə 6 ailə 30 nəfər, Aşağı Oratağ kəndinə 12 ailə 49 nəfər, Çapar kəndinə 15 ailə 51 nəfər köçürülüb.












