Xankəndi şəhərində separatçılarının qondarma "hökumət evi" sökülür.
127 otaqlı “Hilton Garden İnn” hotelində 100-dən çox işçi çalışacaq - FOTOLAR
FED.az xəbər verir ki, bununla bağlı məlumatı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı təsdiq edib.
Onun sözlərinə görə, binanın sökülməsinə səbəb onun istifadəyə yararsız olmasıdır.
"Sökülən binanın yerində yeni, inzibati məqsədlər üçün istifadə olunacaq bina tikiləcək", - deyə A.Telmanqızı bildirib. (Trend)