Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb.
Gələn il Şuşanın Turşsu qəsəbəsinə köç başlayacaq
FED.az xəbər verir ki, Qaladərəsi kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Böyük Qaladərəsi kəndinə 14 ailə (64 nəfər) köçürülüb.













