Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqların növbəti raundunun bu ay Rusiyada keçirilməsi nəzərdə tutulub.
"Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq"
FED.az xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 3-də Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışı zamanı bildirib.
Dövlət başçısının çıxışının mətni rəsmi mətbuatda dərc olunub.
“Düşünürəm ki, razılığa gəlmək üçün ən yaxşı yol Azərbaycanla Ermənistan arasında, heç bir vasitəçi, köməkçi və ya pozucu olmadan birbaşa danışıqlardır. Zənnimcə, iki ölkə arasında birbaşa danışıqlar daha səmərəli, faydalı olar. Düşünürəm ki, biz bu istiqamətdə getməliyik. Əlbəttə ki, əgər Ermənistan bunu etməyə hazır olsa”, - deyə İlham Əliyev qeyd edib.