Azərbaycan hökuməti azad olunan ərazilərə investisiya yatırımı üçün daha böyük güzəştlər tətbiq etməyə hazırlaşır.
Eləcə də bax: Azad olunmuş ərazilərin bərpası üçün əlavə 470 milyon manat - AYRILDI
FED.az xəbər verir ki, bu barədə Sənaye Zonalarının İnkişafı Agentliyinin idarə heyətinin sədri Elxan Şiriyev bildirib.
Onun sözlərinə görə, hazırda bu ərazilərdəki sənaye parklarında tətbiq edilən güzəştlər ölkənin digər ərazilərindəki kimidir. Amma işğaldan azad olunan ərazilər üçün əlavə güzəştlər tətbiq ediləcək. «Bura güzəştlərin müddətinin 15 ilə qaldırılması – indi 10 ildir, xüsusi vergi və gömrük güzəştləri, xüsusi şərtlərlə güzəştli kreditlərin verilməsi aidir. Bundan başqa, Elxan Şiriyev bildirib ki, bəzi məhsulların istehsalı üçün ölkəyə idxal edilən xammalların ümumiyyətlə gömrük rüsumundan azad edilməsi nəzərdə tutulur.