Azərbaycan və Avropa İttifaqı Şurası işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərinə Avropa şirkətlərinin cəlb olunmasını müzakirə edib.
Azərbaycan bu il işğaldan azad edilmiş ərazilərə - 5 Milyard manatdan çox pul qoyacaq
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Elnur Əliyev "Twitter"də bildirib.
"Avropa İttifaqı Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun nümayəndə heyətilə görüşdə ikitərəfli iqtisadi-ticarət əməkdaşlığının inkişafını müzakirə etdik. Dayanıqlı İnkişaf Məqsədlərinin Azərbaycanda icrası, bərpaolunan enerji mənbələrinə, müasir texnologiyaya və “yaşıl” keçid sahələrinə yatırılan investisiyalar, işğaldan azad olunmuş ərazilərdəki yenidənqurma işlərinə Avropa şirkətlərinin cəlb edilməsi, qeyri-neft sektorunun diversifikasiyasına dair sualları cavablandırdıq", - deyə o qeyd edib.