“Rusiya və Türkiyənin Dağlıq Qarabağda ortaq vəzifələri var – müşahidə, heç bir anlaşılmazlıq yoxdur və Ankara öz vəzifələrini başa düşür”.
Eləcə də bax: “Qarabağda türk sülhməramlıları olmayacaq” - Lavrov
FED.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov yerli və xarici media nümayəndələrinə açıqlamasında bildirib.
“Artıq dediyim kimi Türkiyə ilə ortaq vəzifələrimiz var - texniki nəzarət vasitəsi ilə Azərbaycan tərəfindən barışıq əməliyyatı ərazisindəki obyektiv vəziyyəti izləmək. Əməliyyat yalnız Rusiya Federasiyasının silahlı qüvvələri tərəfindən həyata keçirilir. Burada heç bir anlaşılmazlıq yoxdur. Türk tərəfdaşlarımız bunu çox yaxşı başa düşürlər”, - deyə Rusiya XİN rəhbəri qeyd edib. (Qafqazinfo)