"Moskva, Yerevan və Bakı arasında Qarabağla bağlı üçtərəfli Sazişin icrasını əngəlləməyə çalışan şəxslər başa düşməlidirlər ki, bu sənədə alternativ müharibədir".
FED.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Prezident Vladimir Putin Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı müşavirədə deyib.
O qeyd edib ki, Allah eləməsin, əgər belə bir şey baş versə, müharibədə ölənlərin qanı həmin adamların əlində qalacaq: “Hər kəs bunu dərk etməli və öz-özünə bununla bağlı hesabat verməlidir”.(yenisabah)