Xəbər verdiyimiz kimi, bu gün noyabrın 8-də Xankəndi şəhərində Zəfər Gününə həsr olunan hərbi parad keçirilib.
FED.az-ın məlumatına görə, paradda, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və ailəsi - xanımı Mehriban Əliyeva və oğlu Heydər Əliyev, eləcə də dövlət rəsmiləri, o cümlədən müdafiə naziri Zakir Həsənov, Daxili İşlər Naziri Vilayət Eyvazov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və digər rəsmilər iştirak ediblər.
Hərbi paradda Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif təyinatlı bölükləri, eləcə də hərbi texnikası və silahları keçib.