Ermənistan prezidenti Armen Sarkisyan Ara Ayvazyanı xarici işlər naziri vəzifəsinə təyin edib.
FED.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin fərmanında deyilir.
Qeyd edək ki, Ayvazyan buna qədər Meksika, Kosta-Rika, Honduras, Qvatemala və Panamada ölkəsinin təcili və səlahiyyətli səfiri vəzifəsini tutub. Nikol Paşinyanın 16 noyabr tarixli qərarı ilə o bu vəzifəsindən azad olunub.
yenisabah.az