Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təntənəli Qələbə paradında iştirak etmək üçün bu gün Azərbaycana gələcək.
FED.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasından bildirilib.
Qeyd edilir ki, Türkiyə lideri Azərbaycanda iki gün olacaq. Onun Bakıya səfəri Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə gerçəkləşəcək.
Səfər tarixi Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi məqsədilə sentyabrın 27-də başlanmış Vətən müharibəsində qələbənin qeyd edilməsi gününə uyğunlaşdırılıb.
İki ölkənin lideri "Bir millət, iki dövlət" şüarı ilə dekabrın 10-da keçiriləcək Qələbə Paradında iştirak edəcək.
Səfər çərçivəsində dünya ictimaiyyətinə müasir Azərbaycan reallıqları haqqında daha çox məlumat verilməsi üzrə birgə addımların müzakirəsi olacaq.
Danışıqların gündəliyinə həmçinin regional və beynəlxalq məsələlər də daxil edilib.
Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində eləcə də iki qardaş ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcək bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir.