Bu ilin sonundan etibarən Şuşa şəhərinə ilkin olaraq 1 500 sakinin köçürülməsi nəzərdə tutulub.
FED.az xəbər verir ki, Azərbaycan Prezidentinin Şuşa şəhərində xüsusi nümayəndəliyinin baş məsləhətçisi Kənan Quliyev bunu bu gün Şuşa şəhərində keçirilən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” üzrə İşçi Qrupunun 66-cı iclasında bildirib.
Şuşada yerləşən "Shusha Hotel Company" hoteli - ÇOXSAYLI İŞÇİ YIĞMAĞA BAŞLADI - 60 VAKANSİYA
“Böyük qayıdış” Dövlət Proqramına əsasən, Şuşanın keçmiş sakinlərinin bu şəhərə qayıtması və onların layiqli həyat şəraitinin yaradılmasını təmin etmək üçün artıq Şuşada ötən ilin avqust-sentyabr aylarından başlayaraq 450 mənzillik 23 yaşayış binasının tikintisinə başlanılıb", - K. Quliyev qeyd edib.
Şuşada 17 binada 238 mənzil - KOMPLEKSİN TƏMƏLİ QOYULDU
Şuşada 23 binada 450 mənzil tikilir - PREZİDENT TANIŞ OLDU
Şuşada görülən işlər barəsində danışan K.Quliyev bildirib ki, ümumilikdə, hazırda Şuşada təhsil ocağın, xəstəxananın və poçt binasının tikintisi davam edir: “Bu poçt binası "ASAN" və "DOST" xidmətlərini özündə birləşdirəcək. Bütün bu layihələrin icrası bu ilin sonuna yekunlaşacaq” (Report).