Banner

Qarabağ

AzTV Şuşada - Yayıma Başlayıb

AzTV Şuşada - Yayıma Başlayıb | FED.az
17:24 25 Dek 2020

Teleməkanda ilk dəfə olaraq Şuşada yayıma Azərbaycan Televiziyası (AzTV) başlayıb. 

Eləcə də bax: Şuşa Televiziyası yenidən bərpa olunacaq

FED.az xəbər verir ki, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Şuşada Azərbaycan Televiziyasına baxmaq və 105 FM radiosunu dinləmək mümkündür. 

“Müharibə bitdikdən bir neçə gün sonra televiziyamızın yayımını bərpa etmək üçün işlərə başladıq. Ötürücü avadanlıqlar quraşdırıldı və həmin günlərdən TV-yə Şuşada baxmaq və radionu dinləmək mümkün oldu. Əsas məqsədimiz işğaldan azad olunmuş bütün torpaqlarımızda tezliklə yayımı bərpa etməkdir”, - deyə şöbədən bildirilib.

Bundan başqa, AzTV-nin Şuşa bürosunun yaradılması da nəzərdə tutulur. (Apa)

AzTV Şuşada - Yayıma Başlayıb | FED.azAzTV Şuşada - Yayıma Başlayıb | FED.azAzTV Şuşada - Yayıma Başlayıb | FED.az
Banner

Digər xəbərlər