Ermənistan baş naziri Nikol Paşinyan erməni tərəfinin törətdiyi təxribat və bunu cavabında Azərbaycan ordusunun cavab tədbirlərindən sonra, Rusiya prezidenti Vladimir Putinə zəng edib.
FED.az Sputnikə istinadən xəbər verir ki, Paşinyan Rusiya prezidenti ilə telefon danışığında sərhəddəki vəziyyət barədə məlumat verib. Paşinyan iddia edib ki, Azərbaycan Ordusu guya Ermənistan ərazisinə qarşı əməliyyat aparıb. Putinin bu açıqlamaya münasibəti barədə məlumat verilmir, yalnız o bildirilir ki, tərəflər əlaqədə olacaqlarına razılaşıblar.
Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyi Azərbaycanın Ermənistan ərazisinə müdaxilə etməsi barədə yayılan iddiaları cəfəngiyyat adlandırıb.
"Ermənistan kütləvi informasiya vasitələri və sosial media seqmentində Azərbaycanın Ermənistan ərazisinə müdaxilə etməsi barədə yayılan xəbərlər cəfəngiyyatdan başqa bir şey deyildir"-deyə Nazirlik bir qədər əvvəl bildirib.