Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2019-cu ilin yanvar ayının yekunlarına görə, Azərbaycanın sığorta bazarı üzrə rəqəmləri açıqlayıb.
FED.az Sığorta şirkətlərinin sığorta haqlarının yığım Renkinqinə istinadən xəbər verir ki, yanvar ayında ölkənin 21 sığorta şirkəti ümumilikdə 88 milyon 194,6 min manat sığorta haqqı toplayıb, 17 milyon 155,8 min manat ödəniş edilib.
Ayrı-ayrı şirkətlər üzrə göstəricilərə gəlincə, yığımların həcminə görə, ilk yeri «Paşa Sığorta» şirkəti tutur. Bu şirkət yanvar ayında 46,42 milyon manat sığorta haqqı və ya sığorta bazarındakı ümumi yığımların 52,6%-ni toplayıb.
Eləcə də bax:Sığorta şirkətlərinin ödənişlər üzrə renkinqi (Yanvar-2019) – CƏDVƏL 2
Yığımların həcminə görə ikinci yeri «Paşa Holdinq»in daha bir törəməsi – «Paşa Həyat Sığorta» tutur – 10,88 milyon manat və ya bazarın 12,3%-i. Başqa sözlə, «Paşa»nın sığorta şirkətləri bazarın 64,9%-nə nəzarət edirlər.
Yığımların həcminə görə, sonrakı yerləri «İpək Yolu» (6,72 milyon manat və ya bazarın 7,6%-i), «Atəşgah» (6,03 milyon manat və ya 6,8%) və «Qala» sığorta (2,8 milyon manat və ya bazarın 3,17%-i) şirkətləri tutur.
Ən aşağı yığımlar «Naxçıvansığorta», «Amrahsığorta» və «Bakı Sığorta» şirkətlərindədir – müvafiq olaraq 9,8 min manat, 38,1 min manat və 60,4 min manat.