Azərbaycanda 6 maqnituda gücündə zəlzələ baş verib.
FED.az AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 23:31-də Pirquludan stansiyasından 11km cənub-qərdbdə İsmayıllı ərazisində qeydə alınıb.
Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.
***************
Bakıda zəlzələ olub. FED.az xəbər verir ki, fevralın 5-i saat 23-25-də Bakının bəzi yerlərində zəlzələ hiss edilib.
FED.az Avropa Seysmik Monitorinq Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumata görə, zəlzələnin gücü 4,4-5 bal olub. Zəlzələnin episentri Bakıdan 131 km şimal qərbdə, Şamaxıdan 53 km, Qubadan isə 31 kilometr məsafədə yerləşir.
Hələlik zəlzələ ilə bağlı rəsmi məlumat olmasa da, paytaxtın müxtəlif yerlərində silkələnmə hiss edilib. Zəlzələni hiss edənlər bununla bağlı xəbərləri sosial şəbəkələrdə paylaşıblar.