Son bir ayda Azərbaycan banklarında problemlərin həcmi kəskin azalıb.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2018-ci ilin sonunda bank sektorunda problemli kreditlərin həcmi 1 milyard 585 milyon manata düşüb. Beləliklə son bir ayda problmli kreditlərin həcmində 103 milyon manat azalma olub.
Nəticədə belə kreditlərin ümumi kredit portfelində payı 13,4%-dən 12,2%-ə enib.
Ümumilikdə, 2017-ci ilin sonu ilə müqayisədə, 2018-ci ilin sonunda ölkədə problemli kreditlər 42 milyon manat azalıb.
Eləcə də bax: Əhalinin əmanətlərində böyük artım
Banklar problemli kreditlərini "təmizləyirlər" - YENİ RƏQƏMLƏR
10:33
4 Fev 2019