Dekabr ayında banklarda əhalinin əmanətləri 301,9 milyon manat artıb.
FED.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2018-ci ilin Dekabr ayının əvvəlində 8 milyard 73.5 milyon manat təşkil etmiş əmanətlər Yanvarın 1-nə 8 milyard 375.4 milyon manata çatıb.
Qeyd edək ki, Dekabr ayında bir sıra banklar əmanət faizlərini artırmış və əmanətlərin cəlbi üzrə hədiyyəli kampaniyalar keçirmişdilər.
Eləcə də bax: Sadələşdirilmiş vergi ödəyiciləri ilə bağlı - MÜHÜM AÇIQLAMA