Kredit İttifaqlarına ayrılan pulun 80 faizi geri qayıtmayıb.
FED.az xəbər verir ki, Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyevin açıqlamasına görə, ümumilikdə kreditləşmədə Kredit İttifaqlarının payı 1 faizə belə çatmır.
2007-ci ildən bu günə qədər ümumilikdə xidmət tərəfindən 210 milyon manat kredit verilib.
Kreditlərin verilməsində hələ də girov məsələsi problem olaraq qalır.
Eləcə də bax: Fermerə nə qədər kredit verilib?
“Bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası ilə məsləhətləşmələr aparırıq. Daşınar Əmlakın Yüklülüyü Reyestri yaradılıb və biz fermer və sahibkarların bu reyestrdən istifadə etməsinə kömək göstərməyə çalışacağıq”.