Dolların lirə qarşısında zəifləməsi xarici investorların Türkiyədə əmlak almağa marağını azaldıb. Noyabrda yeni tikinti layihələrində xaricilərə satılan əmlakların payı cəmi 8% olub, halbuki oktyabrda bu rəqəm 19% idi.
FED.az xəbər verir ki, ümumilikdə son 6 ayda ölkədə satılan əmlakların 13%-nin alıcısı xaricilər olub. Belə ki, iyulda bu rəqəm 9%, avqustda 11%, sentyabrda 18%, oktyabrda 19% təşkil edib. Xarici alışların artmasının əsas səbəbi dolların 7,24 lirəyə yüksəlməsi ilə əmlakın dollar ifadəsində ucuzlaşmasına səbəb olmuşdu, dollar 5,5 lirəyə endikdə isə həmin üstünlük qalmayıb.
Eləcə də bax: Türkiyə vətəndaşlığı almaq - QAYDASI DƏYİŞİR
Ümumilikdə sentyabr ayında xaricilərə əmlak satışı 1.5 dəfə artaraq 5 615, oktyabrda isə 34,4% artaraq 6276 olub.