Xəbər verildiyi kimi, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar bir sıra şirkətlərlə yanaşı, İranın banklarına, o cümlədən İran Milli Bankı və onun Bakıda fəaliyyət göstərən filialına (“Bank Melli İran-Baku”) da aiddir.
ELƏCƏ DƏ BAX: İranlılar ev almaq üçün – BAKIYA AXIŞACAQ
Bankdan FED.az-a verilən məlumata görə, bu sanksiyaların onların fəaliyyətinə ciddi təsiri olmayacaq, amma sanksiyalarla bağlı məlumatlar yayılandan sonra bəzi müştərilər və bankın partnyorları əlaqə saxlayıb bankın işi ilə maraqlanıblar. Bankın nümayəndəsi FED.az-ın suallarını cavablandırıb
- Hal-hazırda bankımızın fəaliyyəti dəyişmədən, əvvəlki kimi davam edir. heç bir dəyişikik yoxdur, şükür Allaha.
Təbii ki, bilirsiniz, bu haqsız və ədalətsiz, məntiqsiz addımlardır (sanksiyaları deyir – FED.az). Amma hələ ki, işimizə davam edirik, və inşallah ki, belə də davam edəcəyüik. Avropanın da möqeyini bilirsiiniz, onlar da sanksiyalar qarşısına çıxırlar (yəni buna etiraz edirlər – FED.az). Hər şey qaydasındadır əvvəllər necə işləyiriksə elə də davam edirik.
- Sanksiyalarla bağlı əsas məsələlərdən biri SWIFT-lə (banklararası ödəmələr və informasiya ötürülməsi üzrə beynəlxalq sistem) işləməklə bağlı idi. İndi siz SWIFT-lə işləyirsiniz?
- Bəli işləyirik, problemsiz. Bir məsələni də sizin diqqətinizə çatdırım, bu sanksiyalar yeni deyil, bu gün və dünən olmayıb, həmişə olan məsələdir. Yəni sanksiyalar 10 il bundan əvvəl də vardı, bunlar həmişə olub.
ELƏCƏ DƏ BAX: ABŞ İranda kimlərə sanksiya qoyub? - ADLAR - TAM SİYAHI
- SWIFT -də hər hansı problem yaransa, başqa sistem varmı ki, siz onunla işləyəsiniz?
- Var əlbəttə. Əslində SWIFT yeganə vasitə deyil, bu məlumatların ötüülməsi sistemidir. Yəni onun-olub olmaması heç nəyə təsir eləmir. Hətta yəqin ki, məlumatınız var, bir neçə il əvvəl bizi hətta SWIFT sistemindən ayırmışdılar, amma biz bunsuz da işləmişdik.
- Bu sanksiyalar məsələsi çıxandan sonra sizin bankın müştəriləri arasında yaxınlaşan, bankın işi ilə maraqlanan varmı?
- Maraqlananlar var, əlbəttə. Amma onlara da deyirik, sizə də deyirik, bilsinlər ki, heç bir təhlükə və problemimiz yoxdur, həmişəki qaydada işimizə davam edirik. Kredit də veririk, bütün xidmətləri də göstəririk. Kim istəyirsə gəlib istifadə edə bilər.
ELƏCƏ DƏ BAX: “Bank Melli İran-Baku”: "Müştərilər zəng edib maraqlanırlar"
- Sizin xidmətlərinizdən İran şirkətləri ilə yanaşı, Azərbaycan şirkətləri də istifadə edir, eləmi?
- Bəli, hamı istifadə edir, ilk növbədə Azərbaycan vətəndaşları və şirkətləri, onlan sonra da İran vətəndaşları və şirkətləri.
- Depozitlər də qəbul edirsiniz?
- Bəli depozitlər də qəul edilir, amma faizlərimiz aşağıdır. Çünki depozitlərə marağımız böyük deyil. Yüksək faizi o banklar verir ki onların pula ehtiyacı var.
- Sizə partnyorlardan bu sanksiyalarla bağlı müraciət edib maraqlanan olubmu ki, vəziyyət necədir?
- Maraqlananlar var, təbii ki, bizim dostlarımız, bizə görə narahat olanlar var. Şükür Allaha, hamıya da məlumat vermişik ki, heç bir narahatlıq yoxdur, sanksiyalar bu gün, dünən olmayıb, artıq neçə illərdir ki, var və biz buna öyrəşmişik.
- İndi sizdə İran rialı və dolların məzənnəs necədir? Çünki sanksiyalar riala da təsirini göstərir.
- Bu barədə rəsmi məlumatımız yoxdur. Çünki biz İran rialı ilə işləmirik. Bizim istifadə etdiyimiz əsas valyutalar manat və avrodur.
ELƏCƏ DƏ BAX: İranda dollar neçəyədir? - SON MƏZƏNNƏ
- Bəs dollardan heç istifadə etmirsiniz?
- Dollar da var, əlbəttə, amma çalışırıq ki, dollarla əməliyyat aparmayaq.
- Niyə?
- Çünki bu ABŞ-ın valyutasıdır, onlar özləri istəmirsə, biz niyə onların pulu ilə əməliyyat aparaq? Bir də yəqin özünüz də izləyirsiniz, artıq bütün dünyada çox ölkələr dollardan imtina edir, yerli valyuta və avroya üstünlük verirlər.
- Sizcə ABŞ-ın bu sanksiyaları bankın sonrakı fəaliyyətinə hər hansı təsir göstərəcəkmi?
- Xeyr, inşallah ki, olmayacaq. Siz bir şey idə gərək nəzərə alasınız ki, bu sanksyaları BMT və ya dünya birliyi deyil, bir ölkə və onun bir neçə müttəfiqi qəbul edib. Bu dünya miqyasında qəbul edilən sanksiya deyil. Bundan başqa, nə qədər belə sanksiya qəbul edilsə, bu qarşı tərəfin güclənməsinə səbəb olacaq.
Təbii ki, ədalətsiz və haqsız sanksiyalardır. Neçə ildir bunu edirlər, çalışırlar nəsə eləsinlər, heç bir nəticə ala bilmirlər. Yəni İran necə olubsa elə də qalır, bankımız da işinə davam edir.
ELƏCƏ DƏ BAX: Donald Trump: "İrana nə olduğunu görəcəyik"
ELƏCƏ DƏ BAX: İrana qarşı sanksiya - 12 maddəlik tapşırıq - ŞƏRH