Azərbaycan Beynəlxalq Bankı (ABB) biznes kreditlərinin əsas şərtlərini açıqlayıb. FED.az xəbər verir ki, ABB-nin manatla biznes kreditləri illik 11%-dən başlayır.
Bu barədə korporativ biznesin inkişafı departamentinin rəhbəri Ülvi Qasımov ASAN Radio-da yayımlanın «Bank saatı» verilişində bildirib.
Onun sözlərinə görə, ABB-də kredit ayırmaq üçün kifayət qədər vəsait var və iş adamları banka müraciət etməklə bundan faydalana bilərlər.
2018-ci ildə bizə müraciət edən edən müştərilərə bankın likvidlik durumuna görə, etiraz etdiyimiz müştəri olmayıb. Likvidlik və vəsaitlərimiz kifayət qədər yüksəkdir: «Mən elə buradan üzümü tuturam iş adamlarına və sahibkarlara, ABB-yə müaciət edin, kifayət qədər vəsait var, hər bir valyutala manat və xarici valyutada, maliyyələşmə imkanları kifayət qədərdir. Müddətlər də layihədən asılı olaraq uzun müddətə ayrıla bilər».
Ü.Qasımov bildirib ki, kredit faizləri müştəri qruplarına görə fərqlənir və bazardakı vəziyyətə uyğunlaşdırılır.
Belə ki, hazırda ABB-nin kiçik və orta sahibkarlar üçün manatla kreditləri 16-20%, iri korporativ biznes üçün 11-12%-dən başlayan dərəcə ilə ayrılır.
Dollar kreditlərində isə faizlər daha aşağıdır - illik 5-6%-dən başlayaraq 11-12%-ə qədər.
Departament rəhbəri bildirib ki, iş adamları ABB-dən kreditləri həm manat, həm də xarici valyuta ilə götürə bilərlər: «Kifayət qədər məbləğ var. Müraciət etsinlər qısa müddətdə çalışacağıq cavabandıraq».