Türkiyə Mərkəzi Bankı faizi 125 bənd artıraraq 17.75%-ə qaldırdı.
FED.az xəbər verir ki, iqtisadçılar faizin 50 bənd qaldırılacağını gözləyirdilər.
Qərardan sonra Dollar 4,45 lirəyə düşüb. Lirə 2 faiz də dəyər qazanıb.
Bankın açıqlamasında deyilir:
"Son dövrdə açıqlanan göstəricilər iqtisadi fəaliyyətdə tarazlanma meylinə işarə edir. Xarici tələb gücünü qoruyur, daxili tələbat daha mülayim davam etməkdədir. Tələb vəziyyətlərindəki mülayim görünüşə baxmayaraq, inflyasiya risk yaratmağa davam edir. Bu çərçivədə İdarə Heyəti, qiymət sabitliyini dəstəkləmək məqsədiləsərt pul siyasətinin gücləndirilməsinə qərar vermişdir".
Mərkəz Bank bəyan edib ki, əsas məqsədi olan qiymət sabitliyi üçün əlindəki bütün vasitələrdən istifadə etməyə davam edəcəkdir: "İnflyasiya mənzərəsində açıq bir yaxşılaşma təmin olunana qədər pul siyasətində sərt mövqe qətiyyətlə davam etdiriləcəkdir".
İnflyasiya təsir edən digər proseslər də izlənəcək və lazım olması halında pul siyasəti daha da sərtləşdiriləcəkdir.