«Nikoil Bank»ın maliyyə vəziyyəti məlum olub. FED.az bankın «mənfəət-zərər» hesabatına istinadən xəbər verir ki, bank bu ilin birinci yarısını 2,7 milyon manat mənfəətlə başa vurub.
Bu dövrdə «Nikoil Bank»ın faiz gəlirləri 31,4 milyon manat, faiz xərcləri 7,3 milyon manat, xalis faiz gəlirləri 24 milyon manat olub.
Bankın qeyri-faiz gəlirlər isə ilk yarım ildə 2,7 milyon manat, xərcləri 14,9 milyon manat təşkli edib.
Nəticədə «Nikoil Bank» ilk yarım ili 11,9 milyon manat əməliyyat mənfəəti ilə başa vurub.
Aktivlər üzrə mümkün zərərlər üzrə ehtiyatların yaradılması 9,1 milyon manat ayrılıqdan sonra bank 2,7 milyon manat xalis mənfəətə çıxıb. Xatırladaq ki, bank ötən ilin birinci yarısında zərər etmişdi.
FED.az xəbər verir ki, hesabat dövründə bankın aktivləri də artıb. Belə ki, ötən ilin birinci yarısı ilə müqayisədə bu il banktın aktivləri 3,9% artaraq 429 milyon manatı keçib.
Bankın müştərilərə verdiyi kreditlər də 6,25% artaraq 221 milyon manata çatıb.
Qeyd edək ki, bu il «Nikoil Bank»ın aktivlər üzrə mümkün zərərlərə görə, ayırmaları da azalıb. Ötən il bank bu məqsədlər üçün 81 milyon manat ayırdığı halda, bu il məbləğ təqribən2 dəfə azalaraq 42,2 milyon manata düşüb.
Bankın öhdəliklərinə gəlincə 8,30% azalaraq 359 mln 921 min manat olub.
Nikoil Bankın depozit portfeli demək olar ki, dəyişməyərək 111,8 milyon manat təşkil edib, cəmi kapitalı isə 28% artaraq 69,1 milyon manat olub.
Nəhayət, bu ilin ilk 6 ayının nəticəsi olaraq «Nikoil Bank»ın nizamnamə kapitalı 42% artaraq 348 milyon manat olub.