Cari ilin yanvar-may aylarında Azərbaycana 213 milyon 372 min dollar dəyərində 6 min 923 ədəd hibrid avtomobil idxal olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
2023-ci iln eyni dövrü ilə müqayisədə hibrid avtomobilləri dəyər ifadəsi ilə 87 milyon 797 min dollar və ya 70%, miqdar ifadəsi ilə 1 039 ədəd və ya 18% artıb.
2023-cü ilin 5 ayı ərzində 125 milyon 575 min dollar dəyərində 5 min 884 ədəd hibrid avtomobil gətirilmişdi.
1 ədəd hibrid avtomobilinin orta qiyməti 2024-cü ilin 5 ayına görə 30 min 821 dollar (52 min 395 manat), 2023-ci ilin eyni dövründə isə 21 min 342 dollar (36 min 281 manat) olub. Beləliklə don bir ildə hibrid avtomobilinin 9 min 479 dollar (16 min 114 manat) və ya 44% bahalaşıb.