«Azərbaycanda dəmiryol tarifləri çox yüksəkdir, qiymətlər o qədər yüksəkdi ki, bəzi malları avtomobillə daşımaq daha sərfəli olur»
Aydın Talıbov: «Abşerondakı bütün torpaqları logistika və sair obyektlər üçün biznesə ayırmaq lazımdır»
FED.az xəbər verir ki, bu barədə «Caspian Energy Club» tərəfindən təşkil edilən "CEO MeetUp Logistics&Trade" toplantısında «Veysəloğlu Şirkətlər Qrupu»nun sahibi və idarəçisi Aydın Talıbov bildirib.
İş adamı bildirib ki, «Veysəloğlu»nun böyük həcmdə dəmiryol daşımaları var. Amma qiymətlərin yüksək olması və bəzi məhdudiyyətlər səbəbindən dəmiryolu ilə daşımalarda problemlər yaranır.
«Bizim ciddi həcmdə dəmiryol daşımalarımız var, Keşlədə dəmiryol xəttimiz də var, bu xətt bir neçə il əvvəl bizə məlum olmayan səbəbdən şəkildə bloklanıb. Nətiədə biz hər gün 100-dən artıq vaqonu yük maşınlarına yükləyərək şəhərin içərisindən keçməklə Məhəmmədi kəndində yerləşən Abşeron Logistika Mərkəzinə Keşləyə daşıyırıq».
Bu isə şirkətə böyük xərc hesabına başa gəlir: «Bununla biz çox böyük trafik problemi yaradırıq və böyük məsrəflərimiz yaranır. Ümmiyyətlə Bakı şəhərinin bir çox yerlərində dəmiryollar bloklanıb. Bu çox böyük maliyyə məsrəflərinə təsir edir».
Bundan başqa, iş adamı bildirib ki, dəmiryolu tarifləri həddən artıq bahıdır: «Biz bir neçə gün əvvəl dəmiryolu tariflərinə baxırdıq, Rusiyadan Yalamaya qədər dəmiryolu tarifi Yalamadan Bakya qədər tariflərlə müqayisə oluna bilir».
Dəmiryolu tarifləri o qədər yüksəkir ki, malları elə Yalamadan vaqonlardan boşaldıb TİR-larla daşımaq daha sərfəlidir Halbuki dəmiryolu daha ucuz olmalıdır. Özü də sürəti də çox aşağıdır, amma buna baxmayaraq, tamamilə əksinə olaraq tariflər çox yüksəkdir»-deyə iş adamı bildirib.