Hazırda ölkə biznesi logistika və sair obyektləri inşa etmək üçün torpaq qıtlığı ilə üzləşib. Bunu aradan qaldırmaq üçün bəzi ərazilərdə kənd təsərrüfatı torpaqlarının təyinatı dəyişdirilməli və obyektlərnn tikintisi üçün biznesə ayrılmalıdır.
"Sahibkarlar və şirkətlər Rusiya bazarını həm qiymət, həm də logistika baxımından daha sərfəli bazar hesab edirlər" - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bu barədə «Caspian Energy Club» tərəfindən təşkil edilən "CEO MeetUp Logistics&Trade" toplantısında «Veysəloğlu Şirkətlər Qrupu»nun sahibi və idarəçisi Aydın Talıbov bildirib.
Onun sözlərinə görə, torpaqların kənd təsərrüfatı təyinatlı olması biznesə mane olur.
«Abşerondakı torpaqları örüş yeri ediblər, yəni deyirlər burada gəlib mal otarmaq lazımdır. Logistik mərkəz tikirsən, deyirlər yox bura örüş yeridir, burada mal-qoyun saxlamalısan. Əmlakdan nümayəndə gəlib dedi ki, bura heyvandarlıq təyinatlıdır, örüş yeridir, bu absurd bir şeydir».
A.Talıbovun sözlərinə görə, bu torpaqların keyfiyyəti kənd təsərrüatlı təyinatlı istifadə üçün yararlı deyil.
«Gilli torpaqdır, orada heç nə əkə bilmızsən, suyun da qiyməti qalxır, ora suyu hardan gətirirsən ki, o su ilə kənd təsərrüfatı inkişaf etdirilsin?».
İş adamı bildirib ki. Ölkədə aqrar sahəyə yararlı torpaqlar çoxdur, bu sahə ilə orada məşğul olmaq olar.
«İlk növbədə, Abşeronda torpaqların kənd təsərrfatlı təyinatını ləğv edərdim, Abşeronda kənd təsərrüfatı təyinatı torpaq olmamalıdır, və biznesin əlini qolunu açardım ki, binasını, logistika obyektlərini və sair obyektləri inşa etsin».