Türkiyə vətəndaşlarına quru sərhədini keçməklə Azərbaycandan çıxmağa icazə verilib.
Eləcə də bax: Türkiyə səfirliyindən sərhədin bağlanması ilə bağlı - AÇIQLAMA
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.
Ancaq sentyabrın 1-dək Türkiyə vətəndaşları quru sərhədindən Azərbaycana daxil ola bilməzlər.
Pasportlarının müddəti bitən Türkiyə vətəndaşları isə yeni nəsil şəxsiyyət vəsiqəsi ilə də hava yolları vasitəsi ilə Azərbaycandan Türkiyəyə geri dönə bilərlər. (Apa)