Xəbər verdiyimiz kimi, bu gün sosial şəbəkələrdə Naxçıvanda Azərbaycan-Türkiyə sərhədinin bağlanmasına dair məlumat yayılıb. Vətəndaşlar ötən gündən etibarən Sədərək keçid məntəqəsindən Türkiyəyə buraxılmayıb.
Eləcə də bax: İran səfirliyi quru sərhədlərin bağlanması ilə bağlı yayılan xəbəri - TƏKZİB EDİR
FED.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyi məsələdən xəbərdar olduqlarını, belə bir qərarın Azərbaycan tərəfindən verildiyini bildirib.
“Azərbaycan bütün quru sərhədlərini bağlayıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın bununla bağlı qərarı var. Sərhədlər sentyabrın 1-nə qədər bağlıdır”, - deyə Səfirlikdən qeyd olunub. (Qafqazinfo)