"Türk Hava Yolları" dünyada sürətlə yayılan koronavirusun ölkəyə daxil olmasının qarşısının alınması məqsədilə bəzi aviareyslərin cədvəlində dəyişiklik edib.
FED.az xəbər verir ki, Çinə aviareyslər fevralın 29-dək təxirə salınıb. Tehran şəhəri istisna olmaqla, İrana nəzərdə tutulan aviareyslər isə martın 10-a kimi dayandırılıb.
Türkiyənin rəsmi qurumları tərəfindən alınan qərara əsasən, son 14 gündə Çinə və İranın Qum şəhərinə səyahət etmiş xarici vətəndaşların ölkəyə daxil olmasına qadağa qoyulduğu bildirilir.