Bakının Yasamal rayonu, Lətif İmanov küçəsində qanunsuz parklanma nişanı var.
Eləcə də bax: Bakı üzrə parklanma ilə bağlı - Tariflər Hazırlanacaq
Bəzi işbazlar bu nişanı əsas göstərərək burada avtomobilini saxlayan sürücülərdən qanunsuz ödəniş alırlar:
FED.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev parklanma ilə bağlı tariflərin müəyyən edilmədiyini və bu tip fəaliyyətlərin qanunsuz olduğunu bildirib:
"Bu nişan Bakı Nəqliyyat Agentliyinin yaranmasından əvvəl qoyulan nişandır. Belə hallar olanda, müəyyənləşdirib, aradan qaldırırıq. Bir də qanunsuz parklanma ilə məşğul olan bəzi işbazlar var ki, onlar da belə nişanlar basdırırlar. Bakı Nəqliyyat Agentliyi həmin nişanlarla bağlı da müvafiq tədbirlər görür. Bir daha sürücülərə müraciət edərək, bildiririk ki, işbazların oyununa getməsinlər, hərəkətlərini ərazidəki yol nişanlarının tələblərinə uyğun qursunlar". (Trend)