9 dekabr 2018-ci il tarixdən etibarən beynəlxalq və ölkədaxili sərnişin qatarlarının 2018/2019-cu illər üçün yeni hərəkət cədvəli tətbiq ediləcək.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən FED.az-a verilən məlumata görə, yeni hərəkət cədvəlində 369/370 nömrəli Bakı-Kiyev-Bakı sərnişin qatarının tərkibində əlavə olaraq Bakı-Dnepr-Bakı qoşma plaskart vaqonu hərəkət edəcək.
Qatarların yeni hərəkət cədvəlləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ady.az saytında yerləşdiriləcək.