"Agroexpress" layihəsi çərçivəsində Azərbaycandan ilk qatarı yola salınıb.
Eləcə də bax: Ermənistan üzərinə düşən öhdəliyi təsdiqlədi - Tezliklə Dəmir Yolu Çəkiləcək
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ADA Universitetində keçirilən "İnteqrasiya prosesləri kontekstində Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri" adlı konfransda deyib.
O, bu məsələyə Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracının logistikası barədə danışarkən toxunub.
Ş. Mustafayev bildirib ki, sözügedən layihə Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiyaya çatdırılmasını sürət və təhlükəsizlik ilə təmin edəcək.
Qeyd edək ki, bu il Rusiyanın "RJD Logistika" və "Azərbaycan Dəmir Yolları" QSC Azərbaycanın digər logistika operatorları ilə birgə "Agroexpress" layihəsinin reallaşdırılmasına başlayıb.