Xəbər verdiyimiz kimi, dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib.
Eləcə də bax: Avropa İttifaqı İlham Əliyev - Paşinyan görüşünün yekunu ilə bağlı - BƏYANAT YAYDI
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, görüşdə kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub.
Belə ki, Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Bildirilib ki, Ermənistan dəmir yolunun çəkilişinə tezliklə start verəcək.