2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana Çindən 7 milyon 603 min dollar dəyərində 279 ədəd elektromobil idxal olunub.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Çindən elektromobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 25 milyon 340 min dollar və ya 4,3 dəfə, miqdar ifadəsilə isə 551 ədəd, başqa sözlə 3 dəfə azalıb.
2024-cü ildə isə Azərbaycana Çindən 32 milyon 943 min dollar dəyərində 830 ədəd elektromobil idxal olunmuşdu.
Bu dövrdə Çindən idxal olunan bir elektromobilin orta qiyməti 46 min 328 manat olub. Xatırladaq ki, 2024-cü ilin eyni dövründə bu rəqəm 67 min 474 manat idi. Bu da illik müqayisədə 21 min 146 manat və ya 31,3% azalma deməkdir.