Çanaqqala boğazında baş verən yanğın səbəbindən dəniz nəqliyyatı ikitərəfli bağlanıb.
Türkiyə gəmilərin Bosfor və Çanaqqala boğazlarından keçməsi üçün - RÜSUMLARI ARTIRIR
FED.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya öz rəsmi sosial media hesabında açıqlama verib.
Nazir bildirib ki, Çanaqqala-Çan şosesi mülki avtomobillərin hərəkəti üçün bağlanıb.
"Bölgəyə 2 min 659 canlı qüvvə, səkkiz təyyarə, 26 helikopter, 240 su çəni, 71 su tankeri, 328 tikinti texnikası göndərilib və ümumilikdə 1251 nəfər təxliyə edilib", - deyə A.Yerlikaya əlavə edib.
Qeyd edək ki, dünən Çanaqqala vilayətində meşə yanğını baş verib. (Trend)