İyulun 1-dən Türkiyə gəmilərin Bosfor və Çanaqqala boğazlarından keçməsinə görə rüsumları artıracaq.
Bakı və Həştərxan arasında - Gəmi Reysləri Açıla Bilər
FED.az xəbər verir ki, bunu nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
"1983-cü ildən xarici gəmilər üçün xalis ödəniş 0,8063 dollar təşkil edirdi. 7 oktyabr 2022-ci ildə biz onu 4,08 dollara qaldırdıq və indi 2023-cü il iyulun 1-dən 4,42 dollar olacaq”, - nazir bildirib.
A.Uraloğlu vurğulayıb ki, bu qərarı boğazların keçidini tənzimləyən Montrö Konvensiyasının müddəalarına tam uyğundur. (Report)