Banner

Nəqliyyat

Bu gündən Naxçıvan reysləri - BƏRPA EDİLİR

Bu gündən Naxçıvan reysləri - BƏRPA EDİLİR | FED.az
09:57 18 İyun 2020

Bu gündən “Azərbaycan Hava Yolları” Bakı-Naxçıvan-Bakı istiqamətində daxili reyslərin yerinə yetirilməsinə başlayır.

FED.az xəbər verir ki, ilk daxili uçuş Naxçıvan Muxtar Respublikasına heyata keçiriləcək. 

Eləcə də bax: Naxçıvandan Bakıya gələcək sərnişinlər üçün yeni xidmət - İSTİFADƏYƏ VERİLDİ

Bu gün iki reys həyata keçiriləcək – Bakıdan uçuş saat 12:00 və 15:00-da, Naxçıvandan uçuş isə saat 14:10 və 17:00-da baş tutacaq.

Ölkə ərazisində koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin daxili reyslərindən istifadə edən sərnişinlərdən COVID-19 testinin verilməsi tələb olunur.

Tibb müəssisəsinə müraciət edən vətəndaş şəxsiyyət vəsiqəsini və uçuş biletini mütləq şəkildə qeydiyyatçıya təqdim etməlidir. Sərnişinlərdən tələb olunan COVID-19 testi ödənişsizdir. (Oxu)

Digər xəbərlər

Banner