Bu ilin yanvar-iyul ayları ərzində metro ilə daşınan sərnişinlərin sayı 127 milyon 587,1 min nəfər təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu sahədə sərnişin sayı 2 milyon 516,3 min nəfər və ya 1,9% azalıb.
Müqayisə üçün bildirək ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində bu göstərici 130 milyon 103,4 min nəfər olub.