Bu ilin yanvar-iyul ayları ərzində taksi ilə daşınan sərnişinlərin sayı 47 milyon 137,4 min nəfər təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu sahədə sərnişin sayı 47,2 min nəfər və ya 0,1% azalıb.
Müqayisə üçün bildirək ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində bu göstərici 47 milyon 184,6 min nəfər olub.