2023-cü ildə hava nəqliyyatı ilə yük daşınmadan gəlirlər 1 milyard 935,4 milyon manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu 2023-ci ilin eyni dövrü ilə ilə müqayisədə 447 milyon 922,3 min manat və ya 30,1% artıb.
2023-ci ilin yanvar-sentyabr aylarında isə aviaşirkətlər 1 milyard 487,5 milyon manat gəlir əldə etmişdi.
Əldə edilmiş gəlirlərin 1 milyard 934,3 milyon manatı beynəlxalq, 1 milyon 90 min manatı isə daxili reyslərin payına düşüb.
Beynəlxalq reyslərdən əldə edilən gəlirlər 447 milyon 866,1 min manat (30,1%), daxili reyslərdən əldə edilmiş gəlirlər isə 56,2 milyon manat (5,4%) artıb.